"Neftçi"də qalmaq istəyirəm".
Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"la müqaviləsinin müddəti gələn ay başa çatacaq dayaq yarımmüdafiəçisi Elvin Camalov deyib.
O, rəhbərliklə bu həftə görücəklərini bildirib:
"Baş məşqçimiz Yuri Vernudub qalmağımın tərəfdarıdır. Amma hələ heç nə dəqiqləşməyib. Mənim fikrim karyeramı "Neftçi"də davam etdirməkdir. Məsələyə bu həftə aydınlıq gələcək".
Cari mövsüm Misli Premyer Liqasında 11, Azərbaycan Kubokunda 1 matça çıxan Camalov məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Bakı təmsilçisi ilə müqaviləsində "+1" bəndi nəzərdə tutulub.
Nihat