Türkiyədə evində gördüyü ilanı öldürmək istəyən şəxs az qala faciəyə səbəb olacaqdı. Evdəki drenaj borusuna girən ilana atəş açan ev sahibi ailə üzvlərini yaralayıb.
Demokrat.az xəbər verir ki, hadisə Şanlıurfanın Siverek rayonunda baş verib.
Məlumata görə, 56 yaşlı kişi evin su axıdan borusunda ilan görüb. Heyvanı zərərsizləşdirmək üçün ov tüfənginə əl atan şəxs boruya doğru atəş açıb. Lakin tüfəngdən çıxan qırmalar divardan rikoşet verərək yaxınlıqdakı şəxslərə dəyib.
Hadisə nəticəsində 59 yaşlı kişi, 31 yaşlı qadın və üç uşaq yüngül xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin müayinəsindən sonra onların həyatı təhlükəsinin olmadığı bildirilib.
İlanın aqibəti barədə məlumat verilməsə də, polis faktla bağlı araşdırmalara başlayıb.
İsmayıl
Demokrat.az