AZ

“Pirojki”, qarğıdalı, kartof... İndi isə donuz əti – Video

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Musavat.com-un məlumatına görə, baş nazirin ictimai yerlərdə müxtəlif yeməklər dadması tez-tez diqqət çəkir. Bu dəfə isə onun seçkiqabağı təşviqat səfərlərinin birində buxarda bişmiş donuz əti yeməsi müzakirələrə səbəb olub.

Bildirilir ki, Paşinyanın səfər etdiyi rayonlardan birində ona yerli sakinlər tərəfindən buxarda bişmiş donuz əti təqdim edilib. Baş nazir və onu müşayiət edən şəxslər təklif olunan yeməkdən dadıblar.

Həmin anları əks etdirən görüntüləri təqdim edirik:

Şahanə Rəhimli
Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr