AZ

Rusiyanın neft obyektlərinə zərbələr endirildiyi TƏSDİQLƏNDİ

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bazar gününə keçən gecə, mayın 31-də Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) pilotsuz uçuş aparatları Kirov vilayətindəki xətt istehsalat-dispetçer stansiyasını (XİDS) və Rostov vilayətindəki neft bazasını vurub.Bizim.Media xəbər verir ki, bu barədə XƏQ komandanlığı məlumat yayıb.1200 kilometr məsafədəki strateji stansiya və sərhədyanı baza Ukrayna sərhədindən təxminən 1 200 kilometr məsafədə yerləşən Kirov vilayətindəki "Lazarevo" XİDS "Surqut-Polotsk" neft kəmərinin əsas nöqtəsidir.

 

Ukrayna hərbçilərinin bildirdiyinə görə, bu kəmər vasitəsilə Rusiya nefti Baltik dənizindəki Primorsk, Ust-Luqa limanlarına və Belarusa nəql edilir. Stansiya həmçinin "Drujba" magistral boru kəməri sisteminə bağlanır.

Digər zərbələr seriyasında isə XƏQ-nin "Deep-strike" bölmələrinin uzaqmənzilli dronları Rostov vilayətinin Matveyev Kurqan qəsəbəsindəki "Aqroprodukt" neft bazasını hədəf alıb. XƏQ komandanlığının məlumatına görə, Ukrayna ilə sərhədin tam yaxınlığında yerləşən bu neft bazasında böyük rezervuarlar, avtomobil və dəmir yolu doldurma terminalları, həmçinin vurma stansiyası yerləşir.Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda isə qeyd olunur ki, mayın 31-nə keçən gecə Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci ayrıca mərkəzinin operatorları XƏQ, Baş Kəşfiyyat İdarəsi (GUR) və Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələri ilə qarşılıqlı əlaqədə Saratov Neft Emalı Zavoduna (NEZ) zərbə endiriblər. Baş Qərargah müəssisənin ərazisində genişmiqyaslı yanğının baş verdiyini təsdiqləyib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bizim.media

10Mənbələr