Rəqqasə Fatimə Fətəliyeva anası ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, Fatimə anasının reanimasiyada olduğunu bildirib:
"Anam neçə vaxtdır reanimasiyadadır. Bu çətin günlərdə həyat mənə çox şeyi öyrətdi. Dostu da tanıdım, düşməni də. Kim ürəkdən can yandırır, kim sadəcə söz xatirinə danışır - hamısını gördüm.
Bəzən çox yorulsam da, sınmıram. Çünki Allah məni tək qoymur. Gücümü ondan alıram və anamın ayağa qalxması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Qalanı Allahın əlindədir.
Bu gün bir daha anladım ki, insanın ən böyük dayağı Allahdır".
Qeyd edək ki, Fatimə anasının get-gedə yaddaşını itirdiyini deyib.