AZ

Qovurmanı restoran dadında hazırlamağın sirri

Restoranlardakı kimi ağızda əriyən, lif-lif ayrılan qovurma hazırlamaq əslində elə də çətin deyil. Peşəkar aşpazların illərdir gizli saxladığı bəzi məqamlar ev şəraitində də möcüzələr yaradır.

Demokrat.az bildirir ki, işin ən vacib nöqtəsi ətin qaza qoyulduğu ilk dəqiqələrdir. Çoxları səhvən əti soyuq qazana tökür və dərhal duz vurur. Lakin mütəxəssislər bildirir ki, ət mütləq yüksək atəşdə möhürlənməlidir. Qızmar qazana atılan ət öz şirəsini daxilinə həbs edir. Beləcə, bişdikdən sonra qurumur və yumşaq qalır. Duz isə əti sərtləşdirən əsas amildir. Bu səbəbdən duzu bişməyə bir neçə dəqiqə qalmış əlavə etmək lazımdır.

Mükəmməl dad üçün 800 qram dana ətinə kərə və bitki yağı, soğan, sarımsaq və yaşıl bibər qatmaq kifayətdir. Ətlər rəngini dəyişənə qədər qovrulduqdan sonra tərəvəzlər əlavə olunur. Əsas sirr isə səbirdədir. Ocağın altını ən aşağı dərəcəyə gətirib, qazanın qapağını möhkəm bağlamaq lazımdır. Ət heç bir su əlavə edilmədən, öz şirəsində bişəndə ləzzəti tam başqa olur. Yalnız suyu tam çəkilsə və ət hələ də bərk qalsa, azca qaynar su tökmək olar.

Sonda əlavə edilən kəklikotu qovurmaya xüsusi ətir verir. Hazır olan yeməyi isti plov və ya təndir çörəyi ilə süfrəyə vermək olar. Bu sadə qaydalara əməl etməklə bayram süfrəsində hər kəsi heyran qoymaq mümkündür.

Aytən
Demokrat.az
Seçilən
3
1
demokrat.az

2Mənbələr