AZ

Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Boris Qrebennikov heyətə 14 voleybolçu cəlb edib.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə

Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou

Liberolar: Asif Əliyev, Nihad Qasımov.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Komanda İsveç və Yunanıstan yığmaları ilə üz-üzə gələcək.

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminara start verilib

Millilərimizin hazırlıqları davam edir

Çimərlik voleybolu üzrə turnir keçiriləcək - Azərbaycanda ilk dəfə

Millimiz Belarusa yollanıb

Millimizin kapitanı bəlli oldu

Seçilən
3
4
apasport.az

8Mənbələr