AZ

Tramp ABŞ nin Türkiyədəki səfiri Tom Barrakı vəzifəsində saxlayıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-nin Türkiyədəki səfiri, İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın səlahiyyət müddəti uzadılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Tramp bildirib ki, Tom Barrak Türkiyədə səfir kimi müstəsna fəaliyyət göstərib və bu vəzifəsini icra etməyə davam edəcək.

Qərarın ABŞ-nin Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığını və artan əlaqələrini daha da gücləndirmək məqsədi daşıdığı qeyd olunub.

Məlumata görə, səfir Barrakın fəaliyyətinin ABŞ Dövlət Departamenti tərəfindən tam dəstəkləndiyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
5
apa.az

6Mənbələr