Türkiyə hakimiyyəti daha təhlükəsiz və istismarına nəzarət edilən yeni İHATTYS pilotsuz uçuş aparatı (PUA) monitorinq sistemini tətbiq edəcək.
Publika.az xəbər verir ki, yeni sistem PUA-ları üç əməliyyat riski kateqoriyasına ayıracaq: “açıq” və “xüsusi” istifadəli, həmçinin “sertifikatlı” dronlar.
“Sertifikatlı” dronlara izdihamlı ərazilər üzərindən uçmağa və insanları və ya təhlükəli yükləri daşımağa icazə veriləcək.
“Açıq” və “xüsusi” kateqoriyalardakı dron pilotları üçün yaş həddi 16 il olacaq.
İHATTYS qeydiyyatdan keçmiş dronların yerini real vaxt rejimində izləməyə imkan verəcək.