AZ

Naibə Allahverdiyeva: İnsan yaşa dolduqca anlayır ki...

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında ad günü ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, aktrisa onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.

Naibə Allahverdiyeva paylaşımında həyatın insanları müxtəlif sınaqlarla üz-üzə qoyduğunu vurğulayaraq, mərhəmətin qorunmasının ən böyük qələbə olduğunu qeyd edib:

"İnsan yaşa dolduqca anlayır ki, həyat ən çox duyğusal insanların üzərində sınanır. Əbəs yerə demirlər ki, bu dünya sınaq dünyasıdır. Bəzən haqsızlıq bu dünyanın dəyişməyən qanunu kimi görünür. Ən dərin yorğunluqlar görünməyən savaşlardan qalır. Kiminin gülüşünün altında uşaqlıq yarası, kiminin susqunluğunun altında isə yarımçıq qalmış bir həyat yatır.

Bütün bunlara baxmayaraq, insan qəlbindəki mərhəməti qoruyub saxlaya bilirsə, deməli qalibdir. Çünki mərhəmətli qəlblər qaranlıqdan keçsə də, qaranlığa çevrilmir. Bu dünyada insanı insan edən nə uğur, nə də gücdür – insanı insan edən qəlbinin sərtləşməməsidir. Allah bu mərhəməti qəlbimizdən almasın.

Məni ad günüm münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm".

Seçilən
13
4
far.az

5Mənbələr