AZ

Şərurda yarımtikili evdə yanğın olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 31 may, AZƏRTAC

Şərur rayonunda yarımtikili evdə yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Maxta kəndində qeydə alınıb. Yanğın nəticəsində yarımtikili evə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Müxbir - Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
8
azertag.az

10Mənbələr