ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Mingəçevirdə 15 yaşlı piyadanı maşın vurub
"Unikal"ın məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində baş verib. "Toyota" markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.