AZ

PSJ nin qələbəsindən sonra Fransa küçələrində toqquşma 416 nəfər həbs olunub

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

PSJ-nin ardıcıl ikinci il UEFA Çempionlar Liqasının qalibi olmasından sonra Fransanın bir neçə şəhərində polislə azarkeşlər arasında toqquşma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində 7 polis yaralanıb, 416 nəfər həbs olunub.

Paris klubu Budapeştdə keçirilən həlledici qarşılaşmada “Arsenal”ı penaltilər seriyasında məğlub edib. Matçın final fitindən sonra Fransanın bir çox şəhərlərində, xüsusilə də paytaxt Parisdə başlayan bayram şənlikləri qısa zamanda şiddətə çevrilib və azarkeşlərlə polis arasında qarşıdurmalara səbəb olub. Fanatlar avtomobilləri yandırıb, bir çox mağaza və müəssisələrin şüşələrini sındırıblar.

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Fransanın daxili işlər naziri Laurent Nunez hadisələrdə 7 polis əməkdaşının yaralandığını, 280-i Parisdə olmaqla ümumilikdə 416 nəfərin nəzarətə alındığını bildirib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
525.az

1Mənbələr