AZ

İsrail atəşkəsdən sonra “Hizbullah”ın 900 döyüşçüsünü zərərsizləşdirdiyini bildirib

Cənubi Livanda hərəkatın onlarla obyektinə zərbələr endirildiyi açıqlanıb...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Ordusu 16 aprel tarixində qüvvəyə minən atəşkəs rejimindən sonra “Hizbullah” hərəkatının təxminən 900 döyüşçüsünün zərərsizləşdirildiyini açıqlayıb.

İsrail tərəfinin məlumatına görə, yalnız bu gün ərzində Livanın cənubunda hərəkatın onlarla obyektinə zərbələr endirilib. Bildirilib ki, əməliyyatlar çərçivəsində silah anbarları, fəaliyyət göstərən komanda məntəqələri və digər infrastruktur obyektləri hədəfə alınıb.

“Ordunun Bofort silsiləsi ərazisində əməliyyatları davam etdirməsi ilə yanaşı, bu gün Tir rayonu və Livanın cənubunun digər hissələrində “Hizbullah”ın silah anbarları, fəaliyyət göstərən komanda məntəqələri və digər infrastruktur obyektləri vurulub”, deyə İsrail Müdafiə Ordusunun Telegram kanalında yayılan açıqlamada bildirilib.

İsrail tərəfi zərbələrin yalnız “Hizbullah”ın hərbi infrastrukturu və komanda idarəetmə strukturlarına qarşı yönəldiyini iddia edib.

Bu arada Livanın Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrail ilə “Hizbullah” arasında 2 mart 2026-cı il tarixindən davam edən qarşıdurma nəticəsində 3412 nəfər həyatını itirib, daha 10 min 269 nəfər isə yaralanıb.

Münaqişə bölgəsində təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı, beynəlxalq vasitəçilərin isə tərəflər arasında sabit atəşkəsin qorunması üçün diplomatik səyləri davam etdirdiyi bildirilir.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr