AZ

ABŞ üç həftədə Hörmüz boğazından 70-ə yaxın ticarət gəmisini keçirib

BAKI, 1 iyun. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son üç həftə ərzində Hörmüz boğazından təxminən 70 ticarət gəmisinin keçidini təmin edib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti CENTCOM nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, mənbələr hansı gəmilərin boğazdan keçdiyini və onların konkret marşrutlarını açıqlamayıblar.

Rəsmilərdən yalnız biri marşrutlardan ən azı birinin İran sahillərinin yaxınlığından keçdiyini təsdiqləyib.

Qəzet qeyd edir ki, ABŞ hərbi qüvvələrinin bölgədəki fəaliyyəti Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin gərgin olaraq qalması fonunda həyata keçirilir.

Bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bildirib ki, Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki şərtlərlə bərpası artıq mümkün deyil.

Seçilən
114
teleqraf.com

1Mənbələr