AZ

ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib

Son üç həftə ərzində ABŞ Silahlı Qüvvələri İranın blokadasına baxmayaraq, 70-ə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ticarət gəmilərinin bu strateji əhəmiyyətli su yolundan keçməsinə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) köməklik göstərib.

NYT qeyd edib ki, boğazdan keçməzdən əvvəl gəmilərin əksəriyyətinin ekipajı görünmə dərəcəsini azaltmaq üçün izləmə cihazlarını söndürüb. Bir sıra hallarda isə marşrutlar İran sahillərindən uzaq məsafədə qurulub.

Qəzet vurğulayıb ki, Vaşinqton və Tehran arasındakı danışıqlarda irəliləyişin olmaması fonunda regionda vəziyyət gərgin, boğaz vasitəsilə gəmiçilik isə potensial olaraq riskli qalmaqdadır.

Seçilən
42
1
ikisahil.az

10Mənbələr