AZ

6 bal gücündə zəlzələ bu ölkəni yerindən oynatdı

Çilinin mərkəzi hissəsində 6,0 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Zəlzələnin episentri Vinya-del-Mar şəhərindən 24 km şimalda, sahildən təxminən 3,2 km məsafədə yerləşib. Təkanların episentrdəki intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Seçilən
64
20
publika.az

10Mənbələr