AZ

Rubio İsrail və Livan rəhbərlərinə yeni atəşkəs təklif edib

ABŞ dövlət katibi Marko Rubio İsrail və Livan rəhbərliyinə yeni atəşkəs təşəbbüsü təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı Axios jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən X hesabında yayıb: "İsrail-Livan danışıqlarını irəli aparmaq üçün ABŞ ilk addım olaraq Hizbullah-ın İsrailə qarşı bütün hücumlarını dayandırmasını təklif edib. Bunun müqabilində İsrail Beyrutda münaqişəni qızışdırmaqdan çəkinəcək".

Mənbənin məlumatına görə, Rubio son 48 saat ərzində həm Livan prezidenti Cozef Aun, həm də İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları aparıb.

Ravidin mənbəyi iddia edib ki, Livan lideri təşəbbüsü irəli sürməyə çalışıb, lakin Livan Parlamentinin spikeri Nəbih Berrinin cavabı "yayındırıcı və məyusedici olub". Spiker Hizbullah-ın atəşkəsə əməl edəcəyinə zəmanət verə biləcəyini bildirib. Bununla belə, o, İsraili ilk olaraq hərbi əməliyyatları dayandırmağa çağırıb. 

Musavat.com

Seçilən
70
6
musavat.com

7Mənbələr