AZ

Bakının bu ərazisində işıq olmayacaq

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, iyunun 1-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
31
49
day.az

10Mənbələr