ain.az, Redaktor.az saytına istinadən bildirir.
Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan gələn "Tagore" adlı neft tankerini saxlayıb.
Redaktor.az xəbər verir ki, bu haqda Fransa lideri sosial şəbəkə hesabında paylaşım edib.
Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, tanker beynəlxalq sanksiyalar altındadır.
Onun sözlərinə görə, əməliyyat Böyük Britaniya da daxil olmaqla bir neçə müttəfiq ölkənin dəstəyi ilə açıq dənizdə həyata keçirilib.
Makron qeyd edib ki, tankerin saxlanılması beynəlxalq dəniz qanunlarına uyğun şəkildə aparılıb və Fransa sanksiyalara nəzarəti davam etdirəcək.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.