Minifutbol üzrə yığmamız bu gün Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti sınağına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşacaq.
“Tipos Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.59-da başlayacaq.
Bu gün həmçinin Rumıniya - Avstriya, Yunanıstan - Serbiya və Çexiya - Monteneqro cütlərinin də 1/8 final oyunları baş tutacaq.
Azərbaycan - Qazaxıstan qarşılaşmasının qalibi 1/4 finalda Çexiya - Monteneqro duelindən üstün ayrılan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı iyunun 4-də yekunlaşacaq. Millimiz qrup mərhələsində Avstriyanı 1:0, İtaliyanı 3:2 və Fransanı 3:2 hesabı ilə məğlub edərək F qrupunu lider kimi başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta