AZ

Gürcüstanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 1 iyun, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Ölkələr arasında müdafiə sektorunda strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunub, regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb. 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
azertag.az

3Mənbələr