AZ

41 yaşlı Oçoa da mundiala gedir Meksikanın heyəti

Qol.az saytına istinadən ain.az xəbər verir.

41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti

Meksika millisinin DÇ-2026-nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.

QOL.az xəbər verir ki, yığmanın baş məşqçisi Xavyer Aqirrenin turnirə aparacağı 26 futbolçu arasında 41 yaşlı qapıçı Gilyermo Oçoa da var. Bu, Oçoanın 6-cı denya çempionatı olacaq. O, daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib. 

Qapıçılar: Raul Rangel ("Qvadalaxara"), Karlos Asevedo ("Santos Laquna"), Gilyermo Oçoa (AEL).

Müdafiəçilər: İsrael Reyes ("Amerika"), Xorxe Sançes (PAOK), Sesar Montes ("Lokomotiv"), Edson Alvares ("Fənərbaxça"), Xoan Vaskes ("Cenoa"), Xesus Qalyardo ("Toluka"), Mateo Çaves ("AZ Alkmaar").

Yarımmüdafiəçilər: Alvaro Fidalqo ("Betis"), Brian Qutyerres ("Qvadalaxara"), Orbelin Pineda (AEK Afina), Erik Lira ("Krus Asul"), Luis Romo ("Qvadalaxara"), Obed Varqas ("Atletiko"), Cilberto Mora ("Tixuana"), Luis Çaves ("Dinamo" Moskva).

Hücumçular: Roberto Alvarado ("Qvadalaxara"), Sesar Uerta ("Anderlext"), Gilyermo Martines ("Pumas"), Armando Qonsales ("Qvadalaxara"), Santyaqo Ximenes ("Milan"), Raul Ximenes ("Fulhem"), Xulian Kinyones ("Əl-Qadisiyə"), Ernesto Veqa ("Toluka").

Qeyd edək ki, Meksika millisi dünya çempionatının qrup mərhələsində Cənubi Afrika Respublikası, Cənubi Koreya və Çexiya yığmaları ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
3
qol.az

4Mənbələr