AZ

Mançester Siti Aston Villa nın yarımmüdafiəçisi Morqan Rocersin transferində maraqlıdır

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin keçidində maraqlıdır.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferi "şəhərlilər" üçün prioritetdir.

Həmçinin İngiltərədən "Arsenal", "Çelsi", Almaniyadan "Bavariya", Fransadan PSJ də oyunçunu heyətinə qatmağa çalışır. "Aston Villa" isə onu komandada saxlamaq niyyətindədir. "Arsenal"ın yarımmüdafiəçi üçün 93 milyon avro ödəməyə hazır olduğu da bildirilib.

Qeyd edək ki, M.Rocers 2024-cü ilin fevralından "Aston Villa"da çıxış edir və müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 55 matçda 14 qol vurub və 12 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 80 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr