AZ

ABŞ və Suriya prezidentləri arasında görüş keçirilib

Suriya Prezidenti Əhməd əl-Şara ilə ABŞ prezidenti Donald Trump arasında telefon danışığı baş tutub. Suriya Prezident Aparatının yaydığı məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Suriyanın iqtisadi bərpa prosesi və regionda baş verən son hadisələr müzakirə olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tərəflər həmçinin Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində atıla biləcək addımları və gələcəkdə göstərilə biləcək beynəlxalq dəstək məsələlərini müzakirə ediblər.

Görüş zamanı Əhməd Əl-Şara Suriyanın yenidənqurma prosesində beynəlxalq dəstəyin davam etdirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, ölkəyə qarşı hələ də qüvvədə qalan sanksiyaların ləğv edilməsinin iqtisadi bərpa üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Əl-Şaranın sözlərinə görə, bu addım əhalinin həyat şəraitinin yaxşılaşmasına da mühüm töhfə verə bilər.

Suriya lideri qeyd edib ki, uzun illər davam edən müharibədən sonra ölkənin yenidən qurulması prosesinin sürətlənməsi üçün iqtisadi maneələrin aradan qaldırılması vacibdir.

Donald Tramp isə öz növbəsində Suriyada sabitliyin qorunmasının, yenidənqurma işlərinin dəstəklənməsinin və iqtisadi bərpa prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Lətifə Abdıyeva

Seçilən
32
1
sia.az

2Mənbələr