AZ

Silva seçinini etdi – “Barselona”da oynayacaq

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva növbəti mövsümdən “Barselona”da çıxış edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında tam razılıq əldə olunub və transfer yekunlaşmaq üzrədir.

Portuqaliyalı futbolçuya “Atletiko”, “Benfika”, eləcə də Türkiyə, Fransa, İtaliya və Səudiyyə Ərəbistanından klublar maraq göstərsə də, o, Kataloniya təmsilçisini seçib.

Bernardo Silva cari mövsüm bütün turnirlərdə 53 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
idmanxeber.az

1Mənbələr