AZ

Afrikanın 41 ölkəsində ABŞ-nin səfiri yoxdur

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də son bir ildə təxminən 2 min yüksəkvəzifəli və sıravi diplomat işdən çıxarılıb və ya təqaüdə çıxmağa məcbur edilib.

Hafta.az xəbər verir ki, müxbirlərin təmas qurduğu bir çox diplomat bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Bununla belə, kamera qarşısında danışanlar da olub. Onlardan biri təxminən 30 il diplomatik xidmətdə işlədikdən sonra 2024-cü ildə ABŞ-nin Moldovadakı növbəti səfiri olaraq təsdiqlənən Kelli Adams-Smitdir. Lakin Tramp administrasiyası onun təyinatını 2025-ci ilin fevralında ləğv edib. Adams-Smitə başqa heç bir uyğun vəzifə təklif edilməyib və bundan sonra o, istefa verməyə məcbur olub. Onun diplomat əri də xidmətdən ayrılıb.

Dövlət Departamenti işdən çıxarılan diplomatlar haqqında telekanala məlumat verməkdən boyun qaçırıb. “NBC News” iddia edir ki, ABŞ-də son ixtisarlar və məcburi təqaüdə çıxma dalğası səbəbindən hazırda diplomatik personalın ciddi çatışmazlığı yaşanır. Məsələn, Avropanın 33 ölkəsində ABŞ səfiri var, 17 səfir vəzifəsi isə hələ də boşdur. Afrikanın 41 ölkəsində, Asiya və Okeaniyada 23 ölkədə, Şimali və Cənubi Amerikada isə 17 ölkədə Birləşmiş Ştatların səfiri yoxdur./“NBC News”/

Seçilən
12
4
hafta.az

5Mənbələr