ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya xarici kəşfiyyat idarəsinin direktoru Sergey Narışkin, Beynəlxalq təhlükəsizlik forumunun yüksək vəzifəli nümayəndələrinin beynəlxalq görüşünün açılışında bəyan edib ki, NATO Sərqdə geniş miqyaslı silahlı münaqişəyə hazırlaşır.
"NATO Şərqdə de-fakto geniş miqyaslı münaqişəyə hazırlaşır"- deyə Narışkin bəyan edib.
Xarici kəşfiyyat idarəsinin rəhbəri daha sonra, bəyənatına aydınlıq gətirərək bildirib ki, NATO şərq cəbhəsində hərbi potensialını artırır, yüksək səviyyədə kəşfiyyat və hırbi təlimlərini intensivləşdirir, həmçinin infrastrukturlarını modernləşdirir.
Narışkinin sözlərinə görə, Avropa İttifaqı artıq Rusiyaya qarşı hərbi alyansa çevrilir...
"Avropa kontinentində müharibə təbilləri daha güclü səslənməyə başlayıb. Brüssel ötən əsrdə olduğu kimi, Rusiyaya qarşı qlobal münaqişənin mərkəzinə çevrilir"-deyə Sergey Narışkin bəyan edib.
Rüstəm Hacıyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.