ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
2024-2025-ci tədris ili ərzində təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə cəlb olunub.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda konfransda media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 məktəbdə əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib.
“Hazırda respublika üzrə ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstəri”.
Komitə sədri əlavə edib ki, ümumi orta təhsil səviyyəsini başa vuran 156 min 618 şagirddən 135 min 695 nəfəri və ya 86,6 faizi tam orta təhsilə cəlb olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.