Suriya və ABŞ prezidentləri Əhməd əş-Şara ilə Donald Tramp arasında telefon danışığı baş tutub.
Suriya liderinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri və Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Söhbət zamanı əş-Şara regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verən qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib.
Bundan əlavə, Suriya prezidenti ABŞ-ın qalan sanksiyalarının ləğvinin Suriyada iqtisadi fəaliyyətin bərpası və suriyalıların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addım olduğunu vurğulayıb.
Tramp da öz növbəsində Suriyada və regionda baş verən hadisələri izləməkdə maraqlı olduğunu bildirib və ölkənin yenidənqurma prosesinə dəstəyini ifadə edib.