AZ

Tehran: ABŞ atəşkəsi pozdu

BAKI, 1 iyun. TELEQRAF

“Livanda atəşkəs müharibənin dayandırılması üçün müzakirə olunan razılaşmaya daxildir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

İran rəsmisi ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib:

“Dəniz quldurluğunun davam etməsi və İran gəmilərinə hücumlar atəşkəsin pozulması deməkdir”.

Çıxışının digər hissəsində o, Bəsrə körfəzi ölkələrinə müraciət edərək söyləyib ki, ərəb dövlətləri son hadisələrdən dərs çıxarmalı, ABŞ və İsrailin öz imkanları və potensiallarından İrana qarşı istifadə etməsinə imkan verməməlidir.

Seçilən
29
teleqraf.com

1Mənbələr