"Ermənistanda keçirilən rəy sorğularına əsasən, N. Paşinyan müxalifət üzərində ciddi üstünlüyə malikdir. Rəy sorğularında onun siyasi qüvvəsi təxminən 65 % dəstək qazanıb. Əsas rəqibləri olan S. Karapetyan, R. Koçaryan və Q. Sarukyanın reytinqi isə parlament baryerini keçmək üçün kifayət etmir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "N. Paşinyanın reytinqinin birdən-birə yüksəlməsi əsasən Azərbaycanla sülh prosesini davam etdirməsi, müxalifətin isə Qarabağ məsələsini yenidən gündəmdə saxlamağa çalışması ilə bağlıdır. Bundan əlavə, Rusiya prezidenti V. Putinin açıq təhdidləri və Ermənistan mallarına tətbiq edilən məhdudiyyətlər gözlənilən nəticəni vermədi. Əksinə, bu addımlar N. Paşinyanın mövqeyini daha da gücləndirdi. Halbuki, Moskva Ermənistan məhsullarına qarşı məhdudiyyətlər tətbiq etməklə əhalinin sosial narazılığını artıracağını və bunun N. Paşinyana qarşı etirazlara səbəb olacağını hesablayırdı.
Rusiyanın "yumşaq güc" siyasəti də nəticəsiz qaldı və proseslər daha çox Kremlin əleyhinə inkişaf etdi. Ermənistanda parlament seçkiləri qarşıdakı bazar günü keçiriləcək. N. Paşinyanın "Mülki Müqavilə" Partiyasının parlamentdə konstitusion çoxluq əldə etməsi mümkündür.
Əgər Rusiya təzyiqləri artırmasaydı, həmçinin S. Karapetyan və R. Koçaryan Qarabağ məsələsini yenidən əsas siyasi gündəmə çevirməyə çalışmasaydılar, onlar N. Paşinyan üçün daha ciddi siyasi problem yarada bilərdilər. Lakin baş verən proseslər N. Paşinyanın siyasi maraqlarına uyğun inkişaf etdi.
Seçkilərdən sonra Rusiya-Ermənistan münasibətlərində ciddi siyasi böhranın davam edəcəyi gözlənilir. Həmçinin, seçki günü Rusiyaya yaxın siyasi qrupların müəyyən təxribatlara əl atması ehtimalı da istisna deyil".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31