AZ

Afrikada təhlükəli epidemiya: Ebola itkiləri artır

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 282-yə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi yeni hesabat  yayıb.

Sənəddə qeyd olunur ki, epidemiya əsasən İturi əyalətində yayılmağa davam edir və burada 282 təsdiqlənmiş yoluxma halından 264-ü qeydə alınıb. Şimali Kivu əyalətində 15, Cənubi Kivu əyalətində isə 3 yoluxma halı təsdiqlənib.

Məlumata görə, indiyədək 42 nəfər həyatını itirib, 238 nəfər müalicə alır, iki nəfər isə sağalıb.

Konqo Demokratik Respublikası hökuməti mayın 15-də Ebola epidemiyasının yayıldığını rəsmi olaraq elan edib. Xəstəliyin səbəbi kimi ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan Bundibugyo virus ştammı göstərilir.

Daha əvvəl ölkədə 1000-dən çox şübhəli yoluxma və təxminən 240 ölüm hadisəsi qeydə alınmışdı. Epidemiya qonşu Uqandaya da yayılıb və burada da yoluxma və ölüm halları təsdiqlənib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr