AZ

“Bu cür qovşaqlar nəqliyyat axınlarını daha səmərəli bölüşdürür” Nəqliyyat eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Bir neçə dairəvi hərəkət adasından ibarət yol qovşaqları dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunan maraqlı nəqliyyat həllərindəndir. Qantel tipli qovşaq (Dumbbell Interchange) – iki dairəvi hərəkət adasının körpü və ya tunelin hər iki tərəfində yerləşdiyi qovşaq növüdür. İkili dairəvi qovşaq (Double Roundabout) – bir-birinə yaxın yerləşən iki dairəvi hərəkət adası vasitəsilə nəqliyyat axınlarının idarə olunduğu sistemdir. Üçlü dairəvi qovşaq (Triple Roundabout)– daha böyük nəqliyyat axınlarına xidmət etmək üçün üç dairəvi hərəkət adasının birgə istifadə olunduğu qovşaqdır. Sehrli dairəvi qovşaq (Magic Roundabout) – bir neçə kiçik dairəvi hərəkət adasının vahid sistem kimi fəaliyyət göstərdiyi mürəkkəb, lakin effektiv həll yoludur”.

Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a deyib. Mütəxəssis bildirib ki, bu cür qovşaqlar nəqliyyat axınlarını daha səmərəli bölüşdürür, toqquşma nöqtələrinin sayını azaldır, işıqforlara ehtiyacı minimuma endirir və yolun buraxıcılıq qabiliyyətini artırır:

“Böyük Britaniya, Fransa və Niderland kimi ölkələrdə geniş tətbiq olunan bu təcrübə göstərir ki, düzgün layihələndirilmiş yol qovşaqları əlavə yol tikintisi olmadan da hərəkətin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
525.az

1Mənbələr