AZ

Xameneinin yeni planı var “Fox News” detalları bölüşdü

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali rəhbəri Müctəba Xamenei Yaxın Şərqdə ABŞ-nin təsirinə qarşı regional koalisiya yaratmaq məqsədilə geniş siyasi və ideoloji kampaniya başladıb.

Bu barədə ABŞ-nin “Fox News” telekanalı məlumat yayıb.

Məlumata əsasən, təşəbbüsün məqsədi müsəlman ölkələrini İranın dəstəklədiyi “yeni İslam sivilizasiyası” ideyası ətrafında bir araya gətirməkdir.

Xameneinin sosial media hesabındakı müraciətində region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyi vurğulanıb. O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq bildirib ki, ABŞ artıq Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluğunu saxlaya bilməyəcək.

Müşahidəçilərin fikrincə, bu addımlar Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab xarakteri daşıyır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
azpolitika.info

3Mənbələr