AZ

Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Ərdoğan bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan bir sıra meqalayihələr Azərbaycanla birgə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam edir.

Türkiyə Prezidenti Azərbaycanla başladılan və dost ölkə Gürcüstanın dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi vurğulayıb. O, həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində əməkdaşlığın daha da dərinləşdiyini qeyd edib.

Ərdoğan Türkiyə və Azərbaycanın “Şafaq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığının iki ölkə arasında əməkdaşlığın fasiləsiz davam etdiyinin növbəti sübutu olduğunu bildirib.

“Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirib. Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantıları strateji əhəmiyyət daşımağa davam edir. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, – deyə mesajda qeyd olunub.

Seçilən
20
13
aznews.az

10Mənbələr