AZ

Parlamentli respublika modelinə keçək - Deputat

Yazını böyüt
Yazını kiçilt

"Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görsənir".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın fikrincə, Ermənistanla ərazi mübadiləsi edilərsə, bu, referendumla təsdiq olunmalıdır:

"Buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır. Daha yaxşı olardı ki, parlamentli respublika modelinə keçək. Dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb".

Seçilən
26
4
hafta.az

5Mənbələr