AZ

SANKON Azərbaycan nümayəndəliyindəyeni təyinat

SANKONUN-nun (Türkiyə Sənayeçİş Qadınlarıvə İş Adamları Konfederasiyası) Azərbaycan nümayəndəliyində yeni kadr təyinatı həyata keçirilmişdir. Geodeziya mühəndisi və sahibkar Vüqar Arazov nümayəndəlikdə müavin vəzifəsinəqəbul olunmuşdur.

Vüqar Arazov beynalxalq sertifiaktlı mühəndisdir. O, uzun illər Azərbaycanın mühəndislik vəgeodizya sektorunda fəaliyyət göstərir. O, hazırda Azərbaycan Geodeziya və Geomatika Mühəndisləİctimai birliyinin icraçı Direktoru, FİG – Beynəlxalq  Geodeziya Federasiyasının Azərbaycan nümayəndəsi, eləcə də “Coordinat Group” MMC-nin təsisçisi kimi fəaliyyətini davam etdirir.

Yeni təyinatıəsas məqsədi Türkiyə və Azərbaycan arasında iqtisadi, sənaye və mühəndislik sahələrindəəməkdaşlığın daha da genişləndirilməsi, iş adamlarıarasında əlaqələrin möhkəmləndirilməsi və birgəlayihələrin inkişafına töhfə verməkdir.

 SANKON Azərbaycan nümayəndəliyi Vüqar Arazovun peşəkar təcrübəsinin və beynəlxaq əlaqələrinin qurumun fəaliyyətinə mühüm töhfəverəcəyinə inanır. Onun xüsusilə tikinti, infrastruktur, geodeziya və sənaye sahələrindəki fəaliyyəti gələcəəməkdaşlıq layihələri baxımından əhəmiyyətli hesab olunur.

 Qeyd edək ki, SANKON Türkiyə və Azərbaycan arasında biznes əlaqələrinin inkişafı, sahibkarların beynəlxalq platformalarda təmsil olunması vəiqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətindəfəaliyyət göstərən nüfuzlu təşkilatlardan biridir.

Seçilən
4
4
7times.az

5Mənbələr