AZ

​Azərbaycanlı aşpaz rekordlar kitabına düşdü Arif Şəmsiyev Belarusda ilkə imza atıb (FOTO)

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Belarusda yaşayan və fəaliyyət göstərən azərbaycanlı aşpaz Arif Şəmsiyevin adı Belarus Rekordlar Kitabına düşüb. 

“AzPolitika” xəbər verir ki, bu barədə Belarus mediasında və televiziya kanallarında məlumat yayılıb.

Minskdəki “Ət Evi” Azərbaycan restoranının sahibi olan Şəmsiyev Belarusun Volkovısk şəhərində Belarusun ən böyük pizzasını hazırlayıb. Bu barədə Belarus Rekordlar Kitabının milli reyestrinin baş eksperti Kirill Şimko açıqlama verib.

“Çar-Pizza şef-aşpaz Arif Şəmsiyev tərəfindən hazırlanıb və Volkovısk Ət Emalı Zavodu tərəfindən istehsal olunub”, - məlumatda deyilir.

Meqa-pizza yerli "PROzharka po-Volkovısski" festivalında hazırlanıb və bütün şəhər hazırlıq prosesini izləmək üçün meydana toplaşıb. Hazır pizzanın diametri 5 metr 50 sm qeydə alınıb.

Lakin “AzPolitika”ya danışan Arif Şəmsiyev deyib ki, əslində pizzanın diametri 7 metrdən çox olub. Ancaq əvvəlcədən elan olunan ölçü 5.5 metr olduğundan, rekordlar kitabına da həmin ölçü daxil edilib.

Qeyd edək ki, A.Şəmsiyev Belarusda və Rusiyada Azərbaycan milli mətbəxinin ən parlaq təbliğatçılarından biridir. O, mütəmadi olaraq “TNT” də daxil olmaqla, aparıcı televiziya kanallarındakı kulinariya verilişlərində çıxış edir, ölkəmizin, xalqımızın təkcə milli mətbəxini deyil, mədəniyyətini, tarixini də təbliğ etməklə məşğul olur.

“AzPolitika.info”   

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
azpolitika.info

1Mənbələr