AZ

Netanyahu “Hizbullah” hədəflərinə zərbə endirməyi əmr etdi


İsrail Baş naziri Binyamin Netanyahu orduya Beyrutun ətrafındakı “Hizbullah” təşkilatına məxsus hədəflərə zərbə endirməyi əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
İsrail tərəfinin məlumatına görə, əmr “Hizbullah”ın atəşkəsi pozmasına cavab olaraq verilib.
“Hizbullah” terror təşkilatının Livanda atəşkəsi dəfələrlə pozmasına və şəhərlərimizə və vətəndaşlarımıza hücumlarına cavab olaraq, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinə Beyrutun Dahiya məhəlləsindəki terrorçu hədəflərinə hücum etməyi əmr ediblər", - deyə Baş nazirinin ofisindən bildirilib.
Qeyd edək ki, aprelin 17-dən bəri “Hizbullah” və İsrail arasında rəsmi atəşkəs qüvvədədir. Lakin hər iki tərəf Livan-İsrail sərhədi boyunca ərazilərdə müntəzəm olaraq hücumlar həyata keçirir.
Mayın 25-də Netanyahu İsrail ərazisinə artan pilotsuz təyyarə hücumlarına cavab olaraq “Hizbullah” hədəflərinə qarşı hücumların gücləndirilməsi əmrini verdiyini açıqlayıb.
Seçilən
39
50
yeniavaz.com

10Mənbələr