Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Məlumata əsasən, 2015-ci il təvəllüdlü L.A yaşadığı B.Nuriyev küçəsində yerləşən evin 7-ci mərtəbəsindəki eyvanından yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info