Macarıstanın baş naziri prezidentin istefa verməyəcəyi halda onun vəzifədən uzaqlaşdırıla biləcəyini bildirib...
Poliqon xəbər verir ki, Telex nəşrinin məlumatına əsasən, Macarıstanın Baş naziri Peter Madyar prezident Tamaş Şuyokla görüşdən sonra onun istefa verməyəcəyi təqdirdə hökumətin dövlət başçısının vəzifədən uzaqlaşdırılması üçün addımlar ata biləcəyini açıqlayıb.
Məlumata görə, Madyar bildirib ki, Macarıstan Konstitusiyası prezidentin vəzifədən kənarlaşdırılması üçün bir neçə mexanizm nəzərdə tutur, lakin hökumət impiçment proseduruna müraciət etmək istəmir.
Baş nazirin sözlərinə görə, məqsəd prezidentlik institutunun nüfuzunu qorumaqdır və bu səbəbdən ilk mərhələdə könüllü istefa variantı üstün tutulur.
“Konstitusiya prezidentin vəzifədən uzaqlaşdırılması üçün müxtəlif yollar müəyyən edir, lakin biz prezidentlik institutunun nüfuzunu qorumaq üçün impiçmentə getmək istəmirik”, deyə Peter Madyarın mövqeyi kimi Telex nəşri qeyd edib.
Məsələ ilə bağlı prezident tərəfinin rəsmi açıqlaması hələlik yayılmayıb.
Poliqon.info