AZ

“Evin arvadı” demirlər, “evin kişisi” deyirlər - Nadir Qafarzadə

"İndi oğlanların da çoxu kasıb qızla ailə qurmaq istəmir. Zaman dəyişib, qızları başa düşdük, deyir, əgər ər evinə gəlirəmsə, ailə qururamsa, yaxşı yaşamalıyam. Deyir ki, atam evində, tutaq ki, kasıb yaşamışam, amma ömür boyu kasıb yaşamaq məcburiyyətində deyiləm. İndi bir insan məni alıb aparsın, ər çörəyi yeyim".

"Yeni SAbah" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Öz aramızda" proqramında deyib.

Müğənni əlavə edib: "Qadın deyir, uşağa baxım, ərin qulluğunda durum, məni xanım etsin. Amma bəyləri başa düşmürəm, bəylər işləməli, vuruşmalı, çalışmalı və qazanmalıdır. Yox, qız qazansın, işləsin, çalışsın, belə olmaz. Amma qadının puluna göz dikib, onun qazanıb gətirməyini gözləmək düzgün deyil. Onun puluna göz dikmək kişiyə yaraşmaz. Arvadın pul gətirib, məni təmin etməsini gözləmək kişilikdən deyil. Kişi papağını götürüb evdən çıxmalı, qadın onun yolunu həsrətlə gözləməlidir. Qadın necə, harda qazandı, düşünmək düzgün deyil. Qadını qınamamalısan ki, belə oldu. "Evin arvadı" demirlər, "evin kişisi" deyirlər". pizza sifarişi


Telegram kanalımız
Seçilən
18
2
yenisabah.az

3Mənbələr