AZ

Hörmüz boğazında nəzarət gücləndirildi SEPAH bəyanat yaydı

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) donanması son 24 saat ərzində Hörmüz boğazından 15 gəminin təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, keçən gəmilər arasında 4 neft tankeri də olub və onların hərəkəti SEPAH-ın koordinasiyası və təhlükəsizlik dəstəyi ilə həyata keçirilib.

Məlumata görə, Hörmüz boğazı regionda strateji əhəmiyyətə malik su yolu olaraq qalır və burada gəmi hərəkətinin təhlükəsizliyinin təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır.

İran tərəfi əməliyyatın beynəlxalq dənizçilik qaydalarına uyğun şəkildə icra edildiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
redaktor.az

2Mənbələr