Elgiz Əkbər şəhər səs-küyündən uzaqda yerləşən bağ evində yaxın dostları üçün məclis təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, məclisə müğənni Kərim Abbasov, Xatun Əliyeva və aktyor Sərxan Kərəmoğlu da qatılıblar.
Dəbdəbəli bağ evində keçirilən istirahət məclisindən görüntülər sosial şəbəkədə paylaşılıb.
Kadrlarda qonaqların açıq havada vaxt keçirdiyi, süfrə ətrafında söhbət etdiyi, kabab bişirdiyi və yay əhval-ruhiyyəsini yaşadığı görünür. Məclis zamanı pivə süfrəsi də qurulub.
Paylaşımında Elgizə müraciət edən Kərim Abasov aparıcının tezliklə televiziyaya qayıtmasını arzulayıb:
“Elgiz, inşallah, tezliklə yenidən efirlərdə olasan. Amin!”
Qeyd edək ki, Kərim Abbasov görüntüləri “Yay mövsümünü Elgizin bağında açdıq” qeydi ilə izləyiciləri ilə bölüşüb.
"Cebheinfo.az"