Gümüş və melxior qaşıq, çəngəl və digər əşyalar yüksək qiymətə alınır.
AzNews.az Milli.az-a istinadla xəbər verir ki, bir şəxs bununla bağlı sosial şəbəkədə vətəndaşlara müraciət edib.
Onun sözlərinə görə, gümüş məmulatların kiloqramını 2-3 min manata, melxior məhsulların isə kiloqramını 60-100 manata alır.
Şəxs həmçinin məhsulun vəziyyətindən asılı olaraq qramına görə də qiymət təklif etdiyini qeyd edib.