AZ

Köçəryandan Türkiyə ilə bağlı şok iddia

“Paşinyan Ankaranı razı salmaq üçün Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır”.

Publika.az
xəbər verir ki, bu barədə “Ermənistan” blokunun lideri Robert Köçəryan Rusiyanın RBC kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın əvvəlki liderlərindən heç biri Türkiyə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün “erməni soyqırımı”nın tanınmasından imtinanı şərt kimi qəbul etməyib: “Paşinyan isə daha da irəli gedərək, tarixi hadisələrə yanaşmanı yenidən nəzərdən keçirməyə başlayıb. O, tarixi yenidən yazmağa çalışır və artıq bunu edir”.

Köçəryan iddia edib ki, Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olmasının qeyri-real olduğundan xəbərdardır, əslində məqsədi Türkiyənin regiondakı təsirini gücləndirməkdir.

“Söhbət Avropa İttifaqına qoşulmaqdan getmir. Məsələ Rusiyanın regional təsirini Türkiyənin təsiri ilə əvəz etməkdir”, - o iddia edib.

Asif

Seçilən
14
1
publika.az

2Mənbələr