AZ

Azərbaycanda Denge qızdırması təhlükəsi varmı?

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Hazırda Azərbaycanda Denge qızdırmasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib.  

Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyə nəzarət və onun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Xəstəliyin əlamətləri olan şəxslər aşkar edilərsə, onların laborator müayinələrinin aparılması üçün Mərkəzdə bütün lazımi imkanlar mövcuddur. Eyni zamanda, xəstəliyin keçiriciləri olan ağcaqanadlar üzərində mütəmadi monitorinqlər aparılır. pizza hut

Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qonşu ölkələrdən xəstəliyin ölkəmizə keçmə riski ilə bağlı narahatlığa əsas verən hər hansı faktor yoxdur.

Əhaliyə tövsiyə edilir ki, rəsmi məlumatlara istinad etsinlər və yalnız səhiyyə qurumlarının açıqlamalarını nəzərə alsınlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
yenisabah.az

2Mənbələr