AZ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır  

Son illərdə dekarbonizasiya yanaşması SOCAR-ın gündəlik əməliyyatlarına inteqrasiya olunur və bu yanaşma artıq şirkət daxilində adi biznes fəaliyyəti kimi qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusunda keçirilən paneldə çıxışı zamanı bildirib.

O qeyd edib ki, mövcud istehsalın qorunması, enerji portfelinin diversifikasiyası və əsas fəaliyyətlərin dekarbonizasiyası istiqamətində davamlı işlər aparılır.

“Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası və kapitalın düzgün yönləndirilməsi SOCAR üçün əsas çağırışlar olaraq qalır. Neft-qaz infrastrukturuna yeni texnologiyaların tətbiqi mürəkkəb prosesdir. Bir sahəyə müdaxilə digər onlarla sahəyə təsir göstərə bilər ki, bu da xüsusilə hasilat obyektlərində prosesləri daha da çətinləşdirir. Əsas çətinliklərdən biri də kapitalın düzgün bölüşdürülməsidir. Metan emissiyalarının azaldılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki metan iqtisadi dəyərə malik məhsuldur və onun itkisi birbaşa maliyyə zərəri yaradır”, - deyə Hikmət Abdullayev qeyd edib.

Seçilən
17
1
azerbaijan-news.az

2Mənbələr