AZ

Paşinyandan Türkiyə və Azərbaycan açıqlaması: Tam hazırıq

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri tam şəkildə normallaşdırmağa hazır olduqlarını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Paşinyan vurğulayıb ki, münasibətlərin normallaşması ölkəsi üçün yeni imkanlar yaradacaq.

“Əminəm ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədinə nail olacağıq. Bu isə Ermənistan üçün yeni imkanlar yaradacaq", - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Türkiyə ilə münasibətlərin olmaması xarici əlaqələrdə balanssızlığın göstəricisidir: “Əgər bizim Türkiyə ilə münasibətlərimiz yoxdursa, bu o deməkdir ki, həmin tərəzinin bir gözü boşdur. Bu isə bəzi münasibətlərin tarazlığını itirdiyini və balansdan çıxdığını göstərir”.

Seçilən
13
1
publika.az

2Mənbələr